Yeni ştamm “narahatlıq doğuran variant” kateqoriyasına aid edilib
09:25 27 Noyabr 2021
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusun Cənubi Afrika ölkələrində yayılan yeni variantını (B.1.1.529) “narahatlıq doğuran variant” hesab edib.
Femida.az xəbər verir ki, gələcəkdə həmin varaint yunan əlifbasının “omicron” hərfi ilə tanınacaq.
ÜST klassifikasiyasına görə, yeni ştamm yüksək yoluxuculuq və ya xəstəliyin ağır gedişata malik variantlar sırasında yer alır. Ekspertlərin rəyinə əsasən, bu ştammın indiyədək məlum olan variantlarla müqayisədə daha yoluxucu və ya aqressiv olub-olmadığı yaxın həftələrdə aparılan araşdırmaların ilkin nəticələrində məlum olacaq.
Qeyd edilməlidir ki, indiyə kimi ÜST virusun alfa, beta, qamma və delta variantları “narahatlıq doğuran variant” kateqoriyasına daxil edib.
Femida.az
Oxunub: 589
Oxşar xəbərlər
- Fazil Mustafa harada güllələnib? - ƏRAZİDƏN VİDEO
- Bakıda usta işlədiyi evdə intihar etdi
- Ceyhun Bayramov: “Müstəqilliyimizə dəstəyə görə qardaş Özbəkistana minnətdarıq”
- Qadın sürücü ustanı əzdi - ÜRƏYİ ZƏİF OLANLAR BAXMASIN
- Prokurorluq: "Rəfael Cəbrayılovun qardaşı ötən ay ev dustaqlığına buraxılıb"
- KİV: Azərbaycan və Ermənistan delimitasiya komissiyalarının nümayəndələri avqustun 30-da görüşəcəklər
- Laçınla bağlı ŞAD XƏBƏR: Avqustun 26-da...
- Avqustun ilk günü üçün hava proqnozu açıqlanıb
- Ukrayna taxılı olan gəmilər Türkiyəyə avqustun 3-də yola düşəcək
- Gürcüstanda matəm elan olunub