Türkiyə 5 ölkədən girişi qadağan etdi


09:57     27 Noyabr 2021 2021/11/9AF7A7FC-1DDC-487C-8D1C-2085B14BDACA_1637999436.png

Türkiyə koronavirusun yeni ştammının yayılmasına görə 5 ölkədən girişi qadağan edib.

Femida.az xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca "Twitter" hesabında yazıb.

"Bu gecədən etibarən koronavirusun yeni ştammının yayılması səbəbilə Botsvana, CAR, Mozambik, Namibiya və Zimbabvedən ölkəmizə quru, hava, dəniz və dəmir yolu vasitəsilə səyahət qadan edilir", - o bildirib.

Xatırladaq ki, Cənubi Afrika Respublikası və Botsvanada koronavirusun “B.1.1.529” adlı yeni variantı aşkar edilib."Super variant" olaraq xarakterizə edilən növün 32 mutasiyaya sahib olduğu bildirilir. Bundan əlavə, Cənubi Afrikadan Honq-Konqa gedən 1 nəfərdə yeni variant aşkar edilib.

Femida.az

Açar sözlər: #Türkiyə    

Oxunub: 479