Oğurluqda ittiham olunan qadının məhkəməsi başlayır


10:16     27 Noyabr 2021 2021/11/CEF2B668-624B-408F-BBC3-DEE13662EE85_1637999735.png

Heydər Əliyev adına liseyin direktorunun evindən oğurluq etməkdə ittiham olunan Gülnar İsmayılovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Femida.az xəbər verir ki, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işi materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Əhməd Quliyevin icraatına verilib.

Qeyd edək ki, Xətai rayonunda yerləşən Heydər Əliyev adına liseyin direktoru Orucova Sevinc Rafiq qızı evindən oğuluq olması ilə bağlı Yasamal rayon Polis İdarəsinə şikayət edib. O, ərizəsində uşağının dayəsi İsmayılova Gülnar Çingiz qızından şikayətçi olub.

Daxil olmuş ərizə əsasında araşdırmalara başlanılıb və fakta görə Cinayət məcəlləsinin 177.3.2-ci (oğurluq- külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb. Şübhəli şəxs qismində saxlanılan Gülnar İsmayılova isə həbs edilib.

Bildiirlib ki, G. İsmayılova əvvəllər Sevinc Orucovanın direktor olduğu məktəbdə laborant vəzifəsində çalışıb, sonra isə onun uşağının dayəsi olub.


Femida.az

Açar sözlər: #Oğurluq    

Oxunub: 443