Bayden pandemiyanın bitmə vaxtını açıqladı


10:45     27 Noyabr 2021 2021/11/78446DB0-20EF-448E-AA33-DB1137CE200E_1638000083.png

Pandemiya dünyada bütün insanlar peyvənd edilməyincə bitməyəcək.

Femida.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti Cozef Bayden bildirib.

O bildirib ki, koronavirusun yeni ştamı barədə xəbərlər peyvəndin vacibliyini ortaya qoyur.

"Gələn həftə Ümumdünya Ticarət Təşkilatının toplantısında iştirak edəcək ölkələri COVID-19 peyvəndləri üçün əqli mülkiyyətin qorunmasından uzaqlaşmağa çağırıram. Peyvəndlər qlobal miqyasda istehsal olunmalıdır", - ABŞ Prezidenti vurğulayıb.

Femida.az

Açar sözlər: #Bayden   #Koronavirus    

Oxunub: 329