Prezident Zəlimxan Yaqubun vida mərasimində - FOTOLAR
20:03 11 Yanvar 2016
Azərbaycan Prezidenti İlham Əliyev xalq şairi Zəlimxan Yaqubla vida mərasimində iştirak edib.
Femida.az xəbər verir ki, dövlət başçısı yanvarın 11-də Təzə Pir məscidinə gələrək xalq şairinin vida mərasiminə qatılıb. Şair I Fəxri xiyabanda dəfn ediləcək.
Xatırladaq ki, Zəlimxan Yaqub 21 yanvar 1950-ci ildə Gürcüstan Respublikası, Bolnisi rayonunun Kəpənəkçi kəndində anadan olub. 1967-ci ildə doğulduğu kənddə orta məktəbi, 1972-ci ildə isə Azərbaycan Dövlət Universitetinin kitabxanaçılıq fakültəsini bitirib. 1973-cü ildən 1978-ci ilə qədər “Azərkitab” sistemində, “Kitab pasajı” adlı kitab dükanında satıcı, baş satıcı, şöbə müdiri, 1975-ci ildən 1985-ci ilə qədər Azərbaycan Könüllü Kitabsevərlər Cəmiyyətində təbliğat şöbəsində redaktor, şöbə müdiri, 1987-ci ildən 1994-cü ilə qədər “Yazıçı” nəşriyyatında poeziya şöbəsində redaktor, şöbə müdiri vəzifələrində çalışıb.
1995-2005-ci illərdə Milli Məclisin deputatı olub.
2008-ci il avqust ayının 29-da Azərbaycan aşıqlarının V qurultayında Azərbaycan Aşıqlar Birliyinin sədri seçilib. 1994-cü ildən Azərbaycan Respublika Prezidenti yanında Əfv Komissiyasının üzvü idi.
Z.Yaqub 20-dən artıq şeir kitabının müəllifidir. Şairə həsr edilmiş bir neçə sənədli film çəkilib.
Oxunub: 1606
Oxşar xəbərlər
- Prezident açılışda
- Prezident 4 səfirin etimadnaməsini qəbul edib
- Prezident Ağdama 2 milyon ayırdı
- Prezident icra hakimiyyətlərinə səlahiyyət verdi
- Prezident ARDNF-nin büdcəsini təsdiqlədi
- Prezident şəhidin xanımına “Şöhrət” ordeni verdi
- Prezident üç nəfərə “Dostluq” ordeni verdi
- Prezident Rusiyadadır
- Prezidentin təyin etdiyi fond sədri kimdir? - DOSYE
- Prezidentdən yeni təyinatlar – SİYAHI