Piter Teys: “Rəsmi İrəvan reallığı qəbul etməlidir”


16:59     27 Noyabr 2021 21_11_27_1638017988.jpg

“Rəsmi İrəvan reallığı qəbul etməli və 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanatın müddəalarını yerinə yetirməlidir”.

Bunu “Report”a ABŞ politoloqu, beynəlxalq münasibətlər üzrə ekspert Piter Teys Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 2021-ci il noyabrın 26-da Soçidə keçirilmiş görüşünün nəticələrini şərh edərkən bildirib.

“Ermənistan hökuməti 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanatın müddəalarını yerinə yetirməyə cürət etmir və Azərbaycan ilə sərhəddən təxribatlar təşkil etməkdə davam edir. Ermənistan rəhbərliyi əvvəlki tək zəifdir, o, öz seçiciləri arasında populyarlığını əhəmiyyətli dərəcədə itirib. Ermənistan cəmiyyəti, təəssüf ki, özünütəcrid halında qalmaqdadır”, - politoloq deyib.

O hesab edir ki, beynəlxalq görüşlər son nəticədə Baş nazir Nikol Paşinyana sübut edəcək ki, Ermənistan üçün iqtisadi uğurun yolu noyabr bəyanatının müddəalarını yerinıə yetirməkdən keçir.


Ekspertin fikrincə, Ermənistanın beynəlxalq infrastruktur layihələrinin iştirakçısı olması üçün hakim rejim Cənubi Qafqazdakı yeni geosiyasi reallığı qəbul etməli və müvafiq şəkildə hərəkət etməlidir.

“Zəngəzur dəhlizi həqiqətən regional iqtisadiyyatı və sənaye layihələrini dəstəkləyə, Cənubi Qafqaz və Avropada mal və yük axınını artıracaq əsas dəhlizdir”, - ekspert söyləyib.

P.Teys vurğulayıb ki, 2021-ci il 26 noyabr tarixli üçtərəfli görüş Azərbaycan Respublikasının qonşu Ermənistana münasibətdə sülh siyasəti yürütməyə hazır olduğunu sübut edir: “Ermənistanın üçtərəfli Soçi görüşündə iştirakı irəliyə doğru böyük addımdır və Rusiya rəhbərliyi bu məsələdə həlledici, çox vacib rola malikdir. Rəsmi Moskva Azərbaycanın ərazi bütovlüyünün qorunması və İrəvana reallığın qəbul etdirilməsində yaxşı balanslaşdırılmış siyasət yürüdür”.

Açar sözlər:

Oxunub: 569