Sumqayıtda avtomobil piyadanı vuraraq öldürüb


21:12     27 Noyabr 2021 21_11_27_1638025940.jpg

Sumqayıtda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Femida.az -ın məlumatına görə, hadisə Bakı-Quba yolunun Sumqayıtın Hacı Zeynalabdin qəsəbəsindən keçən hissəsində qeydə alınıb.


Belə ki, naməlum avtomobil yolu keçən 1990-cı il təvəllüdlü Abdulov Seymur Balaş oğlunu vuraraq hadisə yerindən yayınıb. Piyada hadisə yerində ölüb. Meyit aidiyyatı üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 474