Bakıda avtomobil gənc oğlanı vurub


09:46     28 Noyabr 2021 2021/11/98F81FBD-99E6-4FE8-B1BC-699F20DD9043_1638080527.jpeg

Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Femida.az -ın məlumatına görə, hadisə Xətai rayonunda qeydə alınıb. Babək prospektində yolu keçən 1994-cü il təvəllüdlü Abbasov Taleh Fərrux oğlunu avtomobil vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona bəbənin müştərək travması diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.


Femida.az

Açar sözlər: #Qəza    

Oxunub: 362