Rusiyada "omikron" ştamına yoluxma halları aşkarlanıb


16:14     28 Noyabr 2021 21_11_28_1638099580.jpg

Rusiyada artıq koronavirusun yeni "omikron" ştamı ilə yoluxmuş xəstələr var.

Femida.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiyanın əməkdar həkimi Vladimir Kruqlıy bildirib.

"Ştam böyük ehtimalla Rusiyada mövcuddur. Onun yayılmasının mənbəyi Misirə səfər etmiş vərətəndaşlarımızdır", - o deyib.

Rusiyanın əməkdar həkimi "omikron" ştamı öyrənilənə qədər Misir Ərəb Respublikası ilə uçuşların bağlanmasına çağırıb.

Məlumata görə, Cənubi Afrikada yeni ştama yüzə yaxın yoluxma qeydə alınıb. Avropa Birliyi və bir çox başqa ölkələr bəzi Afrika dövlətlərindən səyahət qadağaları tətbiq edib.

Açar sözlər:

Oxunub: 258