Qırğızıstan parlamentinə dörd müxalifət partiyası daxil olub


21:36     28 Noyabr 2021 21_11_28_1638113806.jpg

Qırğızıstan parlamenti - Joqorku Keneşə seçkilər başa çatıb.

Femida.az xəbər verir ki, yerli vaxtla saat 20:00-da 2 435 seçki məntəqəsinin hamısı bağlanıb.

Qırğızıstan Mərkəzi Seçki Komissiyasının məlumatına görə, saat 18:00-dək seçki məntəqələrinə 30 faizdən az seçici gəlib. Seçkilər səsvermədə iştirak edənlərin sayından asılı olmayaraq istənilən halda baş tutmuş sayılır. Qırğızıstanın yeni parlamenti 90 deputatdan ibarət olacaq. Parlamentin deputatları beş il müddətinə seçilir.

MSK-nın məlumatına görə, dörd müxalif siyasi partiya beş faizlik baryeri keçərək parlamentdə təmsil olunacaq.

Bunlar Sosial Demokratlar (5,79%), sosialist Ata-Meken (Vətən - 6,2%), Butun Qırğızıstan (Vahid Qırğızıstan - 11,49%) və Azattik (Azadlıq - 7,67%) partiyalarıdır.

Açar sözlər:

Oxunub: 446