Həftəsonu yol qəzalarında 5 nəfər ölüb


10:09     29 Noyabr 2021 2021/11/E47FE80B-E2AF-4CAE-8AB3-C48655C98F24_1638169524.jpeg

Respublikanın daxili işlər orqanları tərəfindən ötən 2 gün ərzində törədilmiş 73 cinayətin üstü “isti izlər”lə açılıb.

DİN-in Mətbuat Xidmətindən Femida.az -a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 2 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 68 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 46 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 5 nəfər ölüb, 4 nəfər xəsarət alıb. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 36, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlanılıb.


Femida.az

Açar sözlər: #DİN    

Oxunub: 271