Berdiməhəmmədovun xanımının ilk FOTOSU


11:45     29 Noyabr 2021 2021/11/A4DCF2D0-4A31-46FC-AD4F-7159E24B0048_1638174367.jpeg

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın həyat yoldaşı, ölkənin birinci xanımı Əminə Ərdoğan Tviter hesabında diqqətçəkən paylaşım edib.

Femida.az xəbər verir ki, onun paylaşdığı fotoda Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun xanımı Oqulgerek Berdiməhəmmədova da yer alıb.

Oqulgerek Berdiməhəmmədovanın fotosu ilk dəfədir ki, ictimailəşir. Çünki indiyə kimi Türkmənistan mediasında Qurbanqulu Berdiməhəmmədovun xanımının görüntüləri paylaşılmayıb.
Qeyd edək ki, məlum foto 28-29 noyabr tarixlərində Aşqabadda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının XV Zirvə görüşü çərçivəsində çəkilib. Xarici KİV bu hadisəni “15 ildən sonra ilk dəfə Berdiməhəmmədovanın həyat yoldaşının fotosu yayıldı” başlığı ilə dərc edib.



Femida.az

Açar sözlər:

Oxunub: 325


Oxşar xəbərlər