Azərbaycanda "Omikron" ştamı hələ aşkarlanmayıb


11:57     29 Noyabr 2021 2021/11/2C296547-196A-4598-9984-339C5FAF92A0_1638174692.png

Azərbaycanda bütün mutasiyalar və əlaqəli ştamlar üzrə yoxlamalara başlanılıb.

Femida.az xəbər verir ki, bunu Milli Hematologiya və Transfuziologiya Mərkəzinin genetika mütəxəssisi Ağa Rza Ağayev deyib.

O bildirib ki, ölkəyə xaricdən daxil olan, həmçinin ölkə ərazisində cluster tipli yoluxma görülən və şübhəli bilinən bütün nümunələr toplanılır və analiz edilir: "Müvafiq yoxlamalarda hələ yeni ştam aşkarlanmayıb".

Femida.az

Açar sözlər: #Ştam    

Oxunub: 427