Benzinin qiyməti ucuzlaşacaq? SOCAR-dan açıqlama


15:15     29 Noyabr 2021 2021/11/1A8A8D0E-4BD2-432D-8514-E2FD0EE2551B_1638183545.png

Azərbaycanda benzinin qiymətini tənzimləyən qurum Tarif Şurasıdır. Gələcəkdə ölkə daxilində Aİ-95 benzini istehsal olunduqdan sonra onun satış şərtləri ilə bağlı dövlət qərar verəcək.

Femida.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında SOCAR-ın mətbuat katibi İbrahim Əhmədov deyib.

"Ölkəmizə idxal olunan yanacağın qiymətini bazar müəyyənləşdirir. İstehsal olunan dizel və benzinin qiymətini dövlət təyin edir. Gələcəkdə ölkədə istehsal olunacaq AI-95 benzininin qiymətini dövlət və ya bazarın müəyyənləşdirməsi SOCAR-ın səlahiyyətində olan məsələ deyil".


Femida.az

Açar sözlər: #SOCAR   #Benzin    

Oxunub: 325