Gənclər və idman nazirinin müavinləri işdən çıxarılıb, yeniləri təyin olunub


17:25     29 Noyabr 2021 21_11_29_1638192365.jpg

Azərbaycanın gənclər və idman nazirinin iki müavini vəzifəsindən azad olunublar.

Nazirliyin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 29 noyabr 2021-ci il tarixli Sərəncamları ilə İntiqam Vaqif oğlu Babayev və İsmayıl Sultan oğlu İsmayılov Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini vəzifəsindən azad ediliblər.

Azərbaycan Respublikası Prezidentinin 29 noyabr 2021-ci il tarixli, digər Sərəncamları ilə İndira Niyazi qızı Hacıyeva və Mariana Toteva Vasileva Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini vəzifələrinə təyin ediliblər.

Açar sözlər:

Oxunub: 327