Su sayğaclarını oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb


09:12     30 Noyabr 2021 2021/11/0F54099B-1E29-422E-BF45-55C0BEF75D0E_1638253907.png

Gəncə şəhər Baş Polis İdarəsinin (ŞBPİ) Kəpəz rayon Polis İdarəsinin (RPİ) Cinayət Axtarışı Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisində quraşdırılan mexaniki su sayğaclarını oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan
Femida.az -a verilən məlumata görə, aparılan araşdırmalarla müəyyən edilib ki, şəhər sakini, əvvəllər məhkum olunmuş, Əjdər Babazadə vətəndaşlara məxsus 13 ədəd su sayğacını oğurlayaraq ümumilikdə 520 manat maddi ziyan vurub.

Ə. Babazadə maddi sübutlarla birlikdə saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində cinayət işi başlanılıb araşdırmalar davam etdirilir.



Femida.az

Açar sözlər: #Oğurluq    

Oxunub: 263