"Omikron" Fransaya da çatdı


10:23     30 Noyabr 2021 2021/11/3B052A37-1137-451E-B753-3DC7418B83BB_1638255827.png

Dünyada surətlə yayılan koronavirusun daha təhlükəli ştammı sayılan "omikron" Fransaya da çatıb.

Femida.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb. Bildirilir ki, tədqiqatçı Patrik Mavenqi artıq Fransada, Hind okeanındakı Reunion bölgəsində "omikron"la bağlı ilk yoluxma hadisəsi təsdiqlənib.

“Yoluxmayla bağlı altı şübhədən biri müsbət çıxıb. Mən burada hansısa sirr açmaq istəmirəm. Sadəcə bəyan edirəm ki, belə bir olay var.”, - Tropik Adalarda Yoluxucu Proseslər üzrə Birgə Qrup (PIMIT) "Reunion la 1ere" telekanalının efirində deyib.

Onun sözlərinə görə, xəstəliyə yoluxan 50 -dən çox yaşı olan bir kişidir. Məlumdur ki, o, işgüzar səfər çərçivəsində Mozambik və Cənubi Afrikadan keçib, sonra isə Reuniona qayıdıb.

Xatırladaq ki, bir müddət öncə Ümumdünya Səhiyyə Təşkilatı(ÜST) fövqəladə iclas keçirərək Cənubi Afrikada aşkar edilmiş koronavirusun yeni ştammının narahatlıq doğurduğunu bəyan etmişdi. Yeni ştam - B.1.1.529 - ÜST tərəfindən yunan hərfi "omikron" ilə adlandırıldı. Ümumdünya Tibb Assosiasiyasının sədri Frank Ulrix Montqomeri isə "omikron"un Ebola virusu ilə müqayisə oluna biləcəyindən və delta ştammından da çox kimi yoluxucu olacağını demişdi. Yeni ştamm təkcə Afrikanın cənubunda deyil, həmçinin Belçika, İtaliya, Almaniya, İsveçrə, Kanada, Hollandiya, Avstraliya, İngiltərə və digər ölkələrdə, eləcə də Honq-Konqda müəyyən edilib.


Femida.az

Açar sözlər: #Fransa   #Ştam    

Oxunub: 269