İsveçdə koronavirusun “omikron” ştamı aşkarlanıb


10:59     30 Noyabr 2021 2021/11/09AC59F4-27C3-452A-962E-FDBA082369BE_1638256965.jpeg

Koronavirusun “omikron” ştammı artıq İsveçdə də tapılıb.

Femida.az İsveçin İctimai Səhiyyə Agentliyinə istinadən xəbər verir ki, bu yaxınlarda Krallıqdan Afrikanın cənubuna səfər edən şəxsin koronavirusun bu yeni mutasiyasına yoluxması aşkar edilib.

Agentliyin məlumatına görə, virusun yeni ştamı İsveçin cənub bölgəsinin sakinində tapılıb. Mutasiyaya uğramış virus onun bir həftə əvvəl verdiyi test nümunəsində aşkarlanıb.
İsveç İctimai Səhiyyə Agentliyinin təmsilçisinin fikrinə əsasən, bu yeni virus mutasiyasının İsveçdə peyda olması gözlənilən idi, çünki yeni ştam artıq bir sıra Avropa ölkələrində də aşkar edilib.


Femida.az

Açar sözlər: #Omikron    

Oxunub: 320