General Zas: “KTMT-nin məsuliyyəti zonasında vəziyyət kəskinləşir”


11:53     30 Noyabr 2021 2021/11/BF958604-3BD9-4C4D-A52D-FAFD8FDDF5BD_1638263177.png

Kollektiv təhlükəsizlik müqaviləsi təşkilatı (KTMT) kollektiv təhlükəsizlik Şurasının və KTMT parlament assambleyasının 14-cü plenar iclasının birgə yığıncağında iştirak edən KTMT-nin Baş katibi Stanislav Zas qurumun məsuliyyəti zonasında vəziyyətin gərginləşdiyini vurğulayıb. Bu barədə KTMT-nin rəsmi saytında məlumat dərc olunub.

Femida.az xəbər verir ki, yığıncaq iştirakçılarına müraciətində general Zas parlament meyarının KTMT-nin mütərəqqi inkişafında ildən-ilə daha əsas vaktora çevrildiyini bildirib. O, kollektiv təhlükəsizliyə çağırışlara və təhdidlərə qarşı fəaliyyət üzrə qurumun kollektiv təhlükəsizlik Şurasının sentyabrda keçirilən sessiyası barədə məlumat verərək, KTMT-nin məsuliyyət zonasındakı hərbi-siyasi vəziyyətin davamlı şəkildə kəskinləşməsi tendensiyasını içştirakçıların nəzərinə çatdırıb.
General Zas ABŞ və NATO-nun qruplaşmalarının və hərbi infrastrukturlarının Şərqi Avropa regionunda gücləndirilməsini, KTMT-nin qərb sərhədlərində hərbi təlimlərin intensivliyinin artırılmasını və cənub-şərqi Ukraynada gərginliyi xüsusi olaraq vurğulayıb.

Femida.az

Açar sözlər: #KTMT   #gərginlik    

Oxunub: 747