DSX-nın hərbi helikopteri qəzaya uğrayıb, ölənlər və yaralananlar var


12:45     30 Noyabr 2021 2021/11/AC7208E5-3D78-48E4-A848-335D607DF6D5_1638263709.png

Bu gün saat 10:40 radələrində Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqo­nunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb.

Femida.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti və Baş Prokurorluğun birgə məlumatında deyilir.

Qeyd olunub ki, qəza nəticəsində helikopterin heyəti arasında həlak olanlar və yaralananlar var: "Dövlət Sərhəd Xidmətinin və Baş Prokurorluğun rəhbər heyəti hadisə yerindədir. Hadisə ilə əlaqədar birgə araşdırma tədbirləri həyata keçirilir".


Femida.az

Açar sözlər: #DSX   #Helikopter    

Oxunub: 363