Gürcüstanda yoluxma sayı yenidən artıb


12:59     30 Noyabr 2021 2021/11/FD6C1060-0F0A-43F6-9EEC-18420FB4A872_1638264160.png

Gürcüstanda son sutkada daha 5 050 nəfər koronavirusa yoluxub, 80 pasiyent pandemiyanın qurbanı olub.

Femida.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin rəsmi stopgov.ge saytında məlumat verilib. Bildirilir ki, bununla da ölkədə COVID-19-a yoluxanların ümumi sayı 845 643-ə, sağalanların sayı 788201-ə, bu virusdan ölənlərin sayı isə 12 054-ə çatıb.

Hazırda Gürcüstanda 45 362 aktiv koronavirus xəstəsi var. Daha 1 135 nəfər klinik otellərdə, 40 nəfər karantində, 40 494 nəfər isə özünütəcrid rejimindədir.

Femida.az

Açar sözlər: #Gürcüstan    

Oxunub: 497