Şərq Tərəfdaşlığı sammitində müzakirə ediləcək məsələlər açıqlandı


13:48     30 Noyabr 2021 2021/11/3DBB7468-52D7-4457-B176-456D62227526_1638266569.jpeg

15 noyabrda Brüsseldə Avropa İttifaqının Şərq Tərəfdaşlığı proqramı çərçivəsində sammit keçiriləcək. Zirvə görüşünün məqsədi 6 üzv ölkə ilə indiyə kimi əldə edilmiş nəticələr və perspektivləri müzakirə etməkdir.

Femida.az xəbər verir ki, bunu Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri, səfir Peter Mixalko deyib. O bildirib ki, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin elan etdiyi kimi Azərbaycan və Ermənsitan liderləri də sammit çərçivəsində görüşməlidirlər.

Sammitin keçirilməsində başlıca məqsəd ekoloji transformasiya və ətraf mühit problemləridir. İkinci məsələ rəqəmsal transformasiyadır. Burada COVID-19 və digər böhran vəziyyətlərinin nəticələrinin aradan qaldırılmasında rəqəmsal iqtisadiyyat, rəqəmsal texnologiyalardan istifadədən söhbət gedir.

Eyni zamanda ümumu layihələr, yəni Aİ-yə üzv dövlətlərlə Şərq Tərəfdaşlığı ölkələri arasında müştərək layihələrin həyata keçirilməsi və perspektivlər barədə müzakirələrin aparılmasıdır.


Femida.az

Açar sözlər: #Aİ   #Şərq-Tərəfdaşlığı    

Oxunub: 837