Laçın sakinlərinin bank kartlarından pul çıxaran şəxslər saxlanılıb


15:48     30 Noyabr 2021 21_11_30_1638272954.jpg

Laçın Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində vətəndaşların etibarından istifadə edərək bank kartlarından müxtəlif məbləğlərdə pulu mənimsəyən şəxslər saxlanılıblar.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Femida.az-a verilən məlumata görə, bir qrup rayon sakini Laçın RPŞ-yə müraciət edərək müxtəlif məbləğlərdə pullarının mənimsənilməsi barədə məlumat veriblər.

Məlumatla əlaqədar keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində vətəndaşların etibarından istifadə edərək onlara məxsus bank kartlarından pulları çıxararaq mənimsəməkdə şübhəli bilinən Ağcabədi rayon sakinləri Ayxan Qarayev və Elmir Əliyev saxlanılıblar.

Hər iki şəxs dindirilmə zamanı törətdikləri cinayət əməlini etiraf ediblər.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 268