DSX: "Helikopter qəzası nəticəsində 14 nəfər həlak olub, 2 nəfər yaralanıb"


16:14     30 Noyabr 2021 21_11_30_1638274603.jpg

Dövlət Sərhəd Xidmətini (DSX) hərbi helikopterinin qəzaya düşməsi nəticəsində ölənlərin sayı açıqlanıb.

Femida.az -IN xəbərinə görə, DSX-nin rəisi müavini İlham Mehdiyev bildirib ki, qəza nəticəsində 14 nəfər həlak olub, 2 nəfər yaralanıb.

Həlak olan hərbi qulluqçuların adları:

polkovnik Cavadov Fizuli Əli İbram oğlu;
polkovnik-leytenant Nəzirov Emil Nəzir oğlu;
mayor Həsənov Elmir Mircəlil oğlu;
mayor Əhmədov Elbrus Səmrəddin oğlu;
mayor Mayılov Emil Şahid oğlu;
mayor Məmmədov Murad Yaşar oğlu;
mayor Əliyev Emil Elman oğlu;
tibb xidməti kapitanı Əhmədxanov Ceyhun Xanlar oğlu;
kapitan Bayramlı Cavid Əhliman oğlu;
kapitan Əliyev Xəyyam Əlixan oğlu;
kapitan Qaraisayev Teymur Ənvər oğlu;
leytenant Süleymanov Abdulla Telman oğlu;
baş leytenant Nağıyev Fərid Təyyar oğlu;
işçi Nəbiyev Elçin Fikrət oğlu.
Hadisə zamanı polkovnik-leytenant Cəfərov Emil Məmməd oğlu və kapitan Ədilov Ramin Ramiz oğlu yaralanmışlar.

Dövlət Sərhəd Xidmətinin rəhbərliyi qəza nəticəsində həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir və yaralıların tezliklə sağalmasını arzu edir.

Açar sözlər:

Oxunub: 570