“Çapıqlı adam” ləqəbli avtoritetin faciə dolu həyat hekayəsi


23:12     11 Yanvar 2016 alkapone%20esas.jpg



Kriminal aləmin tanınmış adlarından biri də Al Kapondur. Əsl adı Alfons Kapon olan bu gənci daha sonralar Al Kapon deyə çağırıblar. Bu ad demək olar ki, bütün amerikalılar arasında məşhurdur. Bəs Al Kapon kimdir? Dünyanı heyrətə gətirən kriminal avtoritetin həyatı ilə tanış olaq.


Al Kapon 1899-cu ildə 17 yanvar tarixində Neapolda anadan olub. Onun atası Qabriel bərbər, anası Tereza isə evdar qadın olub. Onlar ailədə 4 uşaq olub.
Neapolda yaşamaq onun ailəsi üçün əlverişli deyildi. Ona görə də, 1909- cu ildə Al Kaponun ailəsi Amerikaya köçür. Nyu-Yorkda özləri üçün həyat qururlar. Amma Amerikada həyat onlar üçün heç də asan olmur. Kaponun ailəsinin maddi cəhətdən sıxıntıları başlayır. Bu zaman Al Kapon 6-cı sinifdə oxuyurdu. O, yerli bazarlarda yük boşaltma işinə başladı. Burada qazanılan xırda pullar balaca oğlan üçün bəs etmirdi. O daha çox var-dövlət hərisi idi. Arzusuna çatmaq üçün bütün yollardan keçməyə hazır idi.

Kriminal avtoritetin oğru aləminə gəlişi…

Bir gün Al Kapon daş karxanasında maşınları boşaldan zaman bir nəfərlə tanış olur. Onun sayəsində gənc oğlan “avtoritetlər məktəbinə” “qəbul” olur. Bu zaman onun 14-15 yaşı var idi. Onu azyaşlı banda üzvlərinin rəhbəri təyin edirlər. Bu Al Kapon üçün böyük qürur hissi idi. Uşaqlardan ibarət həmin banda pulların oğurlanması üçün istifadə edilirdi. O “qazandığı” pulun böyük hissəsini rəhbərlərə verirdi. Qalan hissəsi isə özünə qalırdı.

Bir müddət keçdikdən sonra Al Kaponu mafiyanın şefi Frenk Aylla tanış edirlər. Bu görüş zamanı killerlərin şefi Al Kaponun qarşısına çox çətin bir tapşırıq qoyur. O, şəhərin mərkəzində yerləşən barların birində əməliyyatda iştirak etməlidir. Hansı ki, həmin bardə ən qaddar başkəsənlər və killerlər yığışırdı. Buraya biznesmenlər və kriminal avtoritetlər buraxılmırdı. Burada insanlar içir, döyüşür və qadınlardan fahişə kimi istifadə edilirdi. Barın yerləşdiyi ərazi də çox qorxunc idi. Uzun küçənin sonunda böyük bir zirzəminin içində. Həmin mühit insanı vahiməyə gətirirdi.

“Şramlı adam” ləqəbinin tarixçəsi…





Həmin barda demək olar ki, hər gecə qət baş verirdi. Orada insanlar bir-birlərini kəsib, doğrayırdı. Bu adi hal almışdı.
Frenk Ayl Al kapona baxdı və onun gücünü hiss etdi. Buna görə də, ən çətin tapşırığı məhz ona həvalə etdi. Bu Al Kaponun karyerasında ilk böyük sınaq idi.
Onu həmin barda işçi kimi təyin etdilər. Burada günlərin birində dəhşətli bir dava olur. Al Kapon orada üzündən böyük bıçaq yarası alır. Həmin yaradan sonra onun adı “ şramlı adam” kimi çağrılır. Al Kaponun bu şramı onun lazım olan məqamlarda gizlənməsinə səbəb olur. Maraqlı məqamlardan biri də budur ki, həyatı boyu Al Kapon bunu hamıdan gizlətmişdir. O, deyirdi ki, bu yaranı birinci dünya müharibəsi zamanı alıb. Həmin vaxtlarda O “Böyük Al” ləqəbini alır.

Ailə həyatı və uşaqları....

1918- ci ilin 18 dekabr tarixində 19 yaşlı gənc 21 yaşlı İrlandiyadan olan Mae Koflinlə ailə həyatı qurur. Onların bu nikahdan Albert adlı oğulları dünyaya gəlir.Ancaq bu oğlanın da taleyi atası kimi gətirmədi. Atası gənc yaşlarında siflis xəstəliyinə tutulduğu üçün, bu onun övladına da keçmişdi. Həkimlərin uzun müddət müalicəsinə baxmayaraq, nəticə vermirdi. Sonda bu xəstəlik oğlanın qulağınınm birinin kar olması ilə nəticələnir.Balaca Albert atası ilə tetara getməyi çox sevirdi. Amma o atasının əsl həyatının nədən ibarət olduğunu bilmirdi.





Kriminal həyatı...

1921- ci ildə Frenku Ayl Çikaqo mafiyasının lideri , kriminal avtoritet Con Torrio ilə görüşür. Onlar görüş zamanı bir problemi müzakirə edirlər. Çikaqo mafiyasının liderinin orada imkanlı bir ailə ilə ciddi problemi olur. Bu ailə ilə mübarizədə ona yerli əhali ilə sıx təması bacaran bir peşəkar lazım idi. Söhbət əsnasında Frenku Ayl dostuna Al Kaponu məsləhət görür. Uzun danışıqlardan sonra “Böyük Al” yeni şefi ilə birlikdə Çikaqoya köçməyə razılıq verir.

Çikaqo həyatı onun üçün yeni macəralara səbəb olur. Al Kapon şefinin düşmənləri ilə tanış olmağa başlayır. Artıq o bir çoxlarını ələ almağı bacarmışdı. Bunun üçün ona cəmi 3 ay lazım oldu. Ancaq bu illərdə Al kaponun nüfuzunun artması onun şefini narahat edirdi. Çünki, Al Kapon özünü artıq lider kimi hiss edirdi. Artıq o Torrionun əlinin altında işləmək istəmirdi. Həmçinin o qorxurdu ki, onun nüfuzunun artması ölümünə də səbəb ola bilər.

Alnından atılan mafioz...

Ancaq elə bir hadisə baş verdi ki, Torrionun özünün köməyə ehtiyacı oldu. Kriminal avtoritetlər arasında gedən qızğın atışma zamanı Çikaqo mafiyasının lideri yaralanır. O xəstəxanada olduğu müddətdə “Böyük Alı” özünün varisi elan edir. Bu vaxt artıq Al Kapone bandada nüfuzunu artırmışdı. İlk vaxtlar həkimlər Con Torrinin sağalmayacağını zənn etsələr də, o gözlənilmədən yaxşılaşmağa başlayır. Bu Al Kaponu narahat edir. O, bilirdi ki, Con Torrio sağalıb, qayıtdıqdan sonra onun üçün ciddi təhlükə olacaq. Buna görə də, xəstəxanaya gedir və onu alnından bir güllə ilə öldürür. 1 milyon dollar pulu götürüb, Nyu-Yorka qayıdır.




Burada o artıq biznesini qurur. Bir sıra ticarət mərkəzlərini ələ keçirir. Spirtli içkilərin dövriyyəsi birbaşa onun nəzarətinə keçir. Onun nüfuzunun bu qədər artması digər avtoritetlərin heç də xoşuna gəlmir. Buna görə də Al Kapona qarşı bir sıra sui-qəsdlər təşkil edilir. Amma bütün bu sui-qəsdlərin nəticəsi uğurlu olmur.

Prezidentin qoşulduğu axtarış...

5 ildən sonra Al Kapon yenidən Çikaqoya qayıdır və orada kriminal aləmin lideri olur. Amma onun burada liderliyi uzun çəkmir. Çünki, ona qarşı dövlət səviyyəsində mübarizə aparılırdı. Ölkənin prezidenti onu xalqın bir nömrəli düşməni elan etmişdi. Al Kaponun həbs edilməsi üçün xüsusi komitə yaradılır. Ancaq komitə onun törətdiyi qətlləri araşdırmağa çətinlik çəkir. Çünki, onların sayı həddindən artıq çox idi. Bütün bunları ona sübut etmək o qədər də asan deyildi. Çünki, o bütün qətlləri ustalıqla etmişdi. Ona görə də, komitə başqa yolla getdi. Onlar Al Kaponu zəiflətmək üçün onun biznes əlaqələrindən gələn gəlirlərdən məhrum etmək qərarını verdilər. Bu yolla onlar Al kaponun izinə düşdülər.

400 nəfərin qatilinin həbsi və məhkəməsi...

1931- ci ildə Al Kapon xüsusi komitənin keçirdiyi əməliyyat zamanı həbs edildi.O bir çox maddələrlə ittiham olunurdu. Bunların arasında qanunsuz silah gəzdirmə, vergidən yayınma və qətllərin sifarişi kimi maddələr də var idi. Məhkəmənin qərarı ilə ona 11 il həbs cəzası verildi.Bundan əlavə məhkəmə ona 50.000 dollar cərimə də hesabladı. İstintaq zamanı məlum oldu ki, həmin ildə Çikaqoda 700 qətl hadisəsi baş verib. Bunlardan 400-nün sifarişçisi və bəzilərinin iştirakçısı məhz Al Kapondur.





Siflis xəstəliyindən əziyyət çəkən mafiozun son illəri...

5 il həbsxanada yatdıqdan sonra onda köhnə xəstəliklərin fəsadları tapıldı. Əvvəllər olan siflis xəstəliyi yenidən üzə çıxdı. Onun durumu olduqca pis idi. Buna görə də, 1939- cu ildə 380.000 dollar ödənildikdən sonra Al Kaponu azad edirlər.O azadlığa çıxandan sonra artıq bütün gücünü itirmişdi. Bu zaman onun 40 yaşı var idi. Bundan əlavə onun beynində də müəyyən xəstəliklər var idi. O artıq düşünmək qabiliyyətini də itiridi. 1947- ci ilin 25 yanvar tarixində Amerkianın ən səs-küylü mafiozu 48 yaşında vəfat edir. Onun ölümünə səbəb isə beyin qanaxması səbəb olub. Onun dəfni əvvəllər gizlin idi. Sonradan şəhər merinin dəstəyi ilə onun abidəsi üzərində xatirə lövhəsi quraşdırılıb.


Miri Məcidli
Femida.az

Açar sözlər:

Oxunub: 7942


Oxşar xəbərlər