Azərbaycan və Türkiyə XİN başçıları arasında telefon danışığı olub


16:59     30 Noyabr 2021 21_11_30_1638276032.jpg

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə telefon danışığı baş tutub.

Xarici İşlər Nazirliyindən Femida.az-a bildirilib ki, M.Çavuşoğlu təlim uçuşları zamanı Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin qəzaya uğraması ilə bağlı dərin təəssüf hisslərini bölüşüb.

Qəza nəticəsində həlak olanlara Allahdan rəhmət, yaralılara şəfa diləyib.

C.Bayramov M.Çavuşöğluya başsağlığına görə təşəkkür edib, qardaş Türkiyənin hər zaman Azərbaycanın kədərini və sevincini bölüşdüyünü vurğulayıb.

Azərbaycanın XİN başçısı öz növbəsində, İstanbulda baş verən qasırğa nəticəsində ölüm hallarının və yaralıların olması ilə bağlı kədərləndiyimizi həmkarının diqqətinə çatdırıb, təbii fəlakət qurbanlarının yaxınlarına səbr arzulayıb.

Açar sözlər:

Oxunub: 445