Ceyhun Bayramov İsveçə gedib


10:18     01 Dekabr 2021 21_12_01_1638339219.jpg

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Stokholma işgüzar səfərə yola düşüb.

Bu barədə Femida.az-a Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib.

Qeyd olunub ki, səfər çərçivəsində C.Bayramov Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) xarici işlər nazirlərinin iclasında iştirak edəcək.

Eyni zamanda, xarici işlər nazirinin ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulur.

Açar sözlər:

Oxunub: 219