Ağcabədidə 42 qanunsuz heyvan kəsimi məntəqəsi aşkarlanıb


11:28     01 Dekabr 2021 21_12_01_1638341953.jpg

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirlərini davam etdirir.

Femida.az xəbər verir ki, agentlik əməkdaşları Ağcabədi rayonu ərazisində fəaliyyət göstərən heyvan kəsimi və ət satışı yerlərində reydlər keçirib.

Reydlər zamanı heyvan kəsimi və ət satışının antisanitar şəraitdə və baytarlıq ekspertizası aparılmadan həyata keçirildiyi 42 məntəqə aşkar edilib. Aşkar olunan faktla bağlı qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlər görülüb.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı qətiyyətlə alınacaqdır.

Açar sözlər:

Oxunub: 3489