Yaponiya səfirliyi Azərbaycana başsağlığı verib


15:48     01 Dekabr 2021 2021/12/12FDB5B7-C502-4D57-BF38-969C40043868_1638365388.png

Yaponiyanın Azərbaycandakı səfirliyi Dövlət Sərhəd Xidmətinin hərbi helikopterini qəzaya uğraması ilə əlaqədar başsağlığı verib.

Femida.az xəbər verir ki, bu barədə səfirliyin “Facebook” səhifəsində paylaşım edilib.

“30 noyabr tarixində Xızı rayonunda Dövlət Sərhəd Xidmətinin helikopterinin qəzaya uğraması nəticəsində qurbanların olması xəbərinə çox üzüldük. Dünyasını dəyişmiş şəxslərə rəhmət diləyir, həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir, yaralıların tezliklə sağalmağını arzu edirik”, - başsağlığında vurğulanıb.


Femida.az

Açar sözlər: #Yaponiya   #başsağlığı    

Oxunub: 568