Dənizçilərə sertifikatların verilməsi " sadələşdirildi "
16:16 01 Dekabr 2021
Azərbaycan Prezidentinin 2021-ci il 11 oktyabr tarixli Fərmanı ilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində yaradılmış Dövlət Dəniz və Liman Agentliyində dəniz nəqliyyatı sahəsinin inkişafı istiqamətində islahatlar aparılır.
Femida.az xəbər verir ki, islahatların tərkib hissəsi kimi dənizçilərin əmək hüquqlarının qorunması, onların peşəkarlığının artırılması və əmək fəaliyyətinin fasiləsizliyinin təmin olunması məqsədilə Agentlik tərəfindən cari il dekabrın 1-dən başlayaraq sertifikatın (diplomun) təqdim edilməsi prosesi sadələşdirilir.
Belə ki, dənizçilər (komandir heyəti üzvləri) eyni vəzifə üzrə etibarlılıq müddəti bitmiş sertifikatlarının (diplomlarının) yenisi ilə əvəz edilməsi üçün aşağıda göstərilən halda imtahandan azad olunurlar:
– “Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair” Beynəlxalq Konvensiyaya əsasən vəzifə üzrə gəmidə müəyyən edilən üzmə stajına malik olduqda;
– vəzifə üzrə təkmilləşdirmə kurslarını müvəffəqiyyətlə bitirməsinə dair sertifikata malik olduqda;
– tələb edilən xüsusi hazırlıq sertifikatlarına malik olduqda;
– sağlamlıq vəziyyəti vəzifəni tutmağa imkan verdikdə.
Qeyd edək ki, bu dəyişikliyə qədər etibarlılıq müddəti bitmiş sertifikatların (diplomların) yenisi ilə əvəz edilməsi üçün dənizçilərin təkmilləşdirmə kurslarını bitirdikdən sonra bilik və bacarıqları Agentlik tərəfindən imtahan vasitəsilə yoxlanılırdı.
Femida.az
Oxunub: 447
Oxşar xəbərlər
- Azərbaycan dənizçisi Qazaxıstan limanında gəmidən özünü suya atıb
- Türkiyədə Azərbaycanın hərbi dənizçilərinin buraxılış mərasimi keçirilib
- Azərbaycanın hərbi dənizçiləri NATO qiymətləndirilməsi təlimində iştirak edib
- Azərbaycanın hərbi dənizçiləri Türkiyədə təcrübə keçib
- Dənizçilərə təlim keçiriləcək
- Azərbaycan hərbi dənizçiləri beynəlxalq təlimdə iştirak edib
- Azərbaycan və İran arasında dənizçilik üzrə anlaşma imzalanacaq
- “Dənizçilər Poliklinikası”nın ləğv olunmasına başlanılıb
- Dəniz quldurlarının girov götürdüyü 15 türk dənizçi xilas edildi
- XİN: Azərbaycanlı dənizçinin nəşinin Vətənə gətirilməsi üçün tədbirlər görüləcək