Çavuşoğlu ABŞ-ın dövlət katibi ilə görüşüb


19:07     01 Dekabr 2021 2021/12/5529F96F-3E82-4F70-A69C-31C445D0F595_1638386248.jpeg

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ-ın dövlət katibi Entoni Blinken ilə görüşüb.

Femida.az xəbər verir ki, görüş Latviyanın paytaxtı Riqada baş tutub.

Məlumata görə, tərəflər ölkələri arasında münasibətləri, habelə Ukrayna, Liviya, Suriya və Əfqanıstan da daxil olmaqla regional məsələləri müzakirə ediblər.


Femida.az

Açar sözlər: #Türkiyə   #ABŞ    

Oxunub: 661