Serbiya səfirliyi Azərbaycana başsağlığı verib


19:38     01 Dekabr 2021 2021/12/611A32CA-8EEB-4C54-AA75-08FBB77DA264_1638393662.jpeg

Serbiyanın Azərbaycandakı səfirliyi Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin qəzaya uğraması nəticəsində hərbçilərin həlak olması ilə bağlı başsağlığı verib.

Femida.az xəbər verir ki, bununla bağlı səfirliyin tviter səhifəsində paylaşım edilib.

“Xızıdakı faciəvi helikopter qəzasında dünyasını dəyişən 14 zabitin ailələrinə dərin hüznlə başsağlığı veririk. Xəsarət alanlara da tezliklə şəfa tapmalarını arzulayırıq”, - məlumatda vurğulanıb.


Femida.az

Açar sözlər: #Serbiya    

Oxunub: 274