Bakıda gənc yol qəzasında ağır xəsarət alıb


09:22     02 Dekabr 2021

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Femida.az -ın məlumatına görə, hadisə Nəsimi rayonunda qeydə alınıb.

Belə ki, 1994-cü il təvəllüdlü Nəcəfov Azər Sabir oğlu yolu keçmək istəyərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı ona sol topuq və bud çanaq oynağının əzilməsi diaqnozu qoyulub. Fakt araşdırılır.

Açar sözlər:

Oxunub: 320