Koronavirusa yoluxan tanınmış diktorun son durumu açıqlanıb


10:47     02 Dekabr 2021 21_12_02_1638426412.jpg

Koronavirusa yoluxan tanınmış diktor, Xalq artisti Eldost Bayramın son durumu açıqlanıb.

Zığ Modul Tipli Xəstəxanasından Femida.az-a bildirilib ki, diktorun reanimasiya şöbəsində müalicəsi davam etdirilir.

Qeyd olunub ki, E.Bayram hazırda oksigen maskasındadır: "Onun arterial təzyiqi 160-ın 90-a, nəbzi 97, saturasiyası 96, şəkəri isə 227-dir. Huşu aydındır. Vəziyyəti ağır olaraq qalır”.

Qeyd edək ki, 74 yaşlı Xalq artisti bir müddət əvvəl COVID-19-a yoluxub. O, noyabrın 29-da Zığ qəsəbəsindəki modul tipli xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Açar sözlər:

Oxunub: 240