Ermənistan Baş Prokurorluğu İqtisadiyyat Nazirliyində yoxlamalara başlayıb


11:58     02 Dekabr 2021 21_12_02_1638430240.jpg

Ermənistan İqtisadiyyat Nazirliyi hüquq-mühafizə orqanlarının diqqət mərkəzinə düşüb.

Femida.az “News.am”a istinadən xəbər verir ki, bu barədə yerli “Joxovurd” qəzeti məlumat yayıb.

Bildirilib ki, Ermənistanın Hesablama Palatası Baş Prokurorluğa cinayət əlamətlərinin yer aldığı materiallar göndərib. Söhbət 2021-ci ilin 9 aylıq dövlət büdcəsinin icrasının yoxlanılmasından gedir.

Baş prokurorun müşaviri Qor Abrahamyan istintaqın davam etdiyini bildirib.

Açar sözlər:

Oxunub: 421