Ötən ay Azərbaycanda minaya düşən şəxslərin sayı açıqlanıb


12:58     02 Dekabr 2021 21_12_02_1638433346.jpg

"2021-ci ilin noyabr ayında Azərbaycanda 7 hadisə nəticəsində 9 nəfərin mina qurbanı olmasını qeydə alınıb".

Bu barədə Femida.az-a Minalar Əleyhinə Azərbaycan Kampaniyası İctimai Birliyinin sədri Hafiz Səfixanov deyib.

O bildirib ki, nəticədə bir mülki şəxs həlak olub, 8 nəfər yaralanıb. (bir nəfər mina təmizləyən, bir nəfər sərhədçi, 2 nəfər Daxili Qoşunların hərbi qulluqçusu və 4 nəfər mülki şəxs).

2021-ci ilin noyabr ayında 6 hadisəyə piyadalar əleyhinə, 1 hadisəyə isə tank əleyhinə minalar səbəb olmuşdur. Hesabat dövründə minalarla bağlı hadisələr Cəbrayıl, Ağdam, Goranboy, Laçın, Füzuli və Zəngilan rayonlarının ərazisində baş vermişdir.

Açar sözlər:

Oxunub: 270