57 müsəlman ölkəsi arasında ən böyük yəhudi icması Azərbaycandadır


17:13     02 Dekabr 2021 2021/12/3054745F-6A04-4E3B-995A-499E82C42050_1638452800.png

Otuz il əvvəl dekabr ayında İsrail ilə Azərbaycan arasında diplomatik əlaqələr qurulub

Femida.az xəbər verir ki, bunu İsrail Dövlətinin Azərbaycandakı səfiri Corc Dik Azərbaycanla diplomatik əlaqələrinin qurulmasının 30-cu ildönümü ilə bağlı mətbuat konfransında deyib.

O bildirib ki, Azərbaycan 57 müsəlman ölkəsi arasında ən böyük yəhudi icmasına ev sahibliyi edən ölkədir: "İsraildə də azərbaycanlı yəhudi icması var ki onlar Azərbaycanla çox sıx əlaqə yaradırlar. Onlar ölkələrimiz arasında körpü rolunu oynayırlar. 30 il ərzində strateji münasibətlər qurmağı bacarmışıq və bu yüksək qiymətləndirilir, dərin köklərə malikdir. Münasibətlərimiz çox sınaqlardan keçib. Son illər ərzində xüsusilə səhiyyə sahəsində iki ölkə arasında çox yaxşı əməkdaşlıq qurulub. Münasibətlərimiz 44 günlük müharibədə də sınaqlardan keçdi.

İsrail hər zaman Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. Son illər münasibətlərimizin ən yüksək həddi Azərbaycan ticarət ofisinin İsraildə açılması olub. Ümid edirik ki, gələcəkdə bu, İsraildə Azərbaycan səfirliyinin açılmasına gətirib çıxaracaq".



Femida.az

Açar sözlər:

Oxunub: 528