"İstərdik ki, Azərbaycanın səfirliyi tezliklə açılsın" - İsrail səfiri


17:33     02 Dekabr 2021 2021/12/45A29D7D-BE57-4A8A-A224-A5906F55CE6B_1638454126.png

İsraildə səfirliyin açılması Azərbaycanın suveren hüququdur.

Femida.az xəbər verir ki, bunu İsrail Dövlətinin Azərbaycandakı səfiri Corc Dik Azərbaycanla diplomatik əlaqələrinin qurulmasının 30-cu ildönümü ilə bağlı mətbuat konfransında deyib.

Səfir deyib ki, bu istiqamətdə böyük addım atılıb: "İsraildə Azərbaycanın Ticarət və Turizm ofisi açılıb. İstərdik ki, səfirlik tezliklə açılsın. Amma təkrar edirəm ki, bu Azərbaycanın suveren hüququdur".



Femida.az

Açar sözlər: #Azərbaycan    

Oxunub: 617