Azərbaycan neft hasilatını artıracaq
19:56 02 Dekabr 2021
Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin nazirlərinin 23-ci iclasında, gündəlik neft hasilatının gələn ilin yanvarında 400 min barel artırılmasına dair qəbul edilmiş qərara Azərbaycan da razılıq verib.
Femida.az xəbər verir ki, bu barədə Energetika Nazirliyinin yaydığı məlumatda deyilir.
Bildirilib ki, “OPEC plus”un bu razılaşmasında yanvara planlaşdırılan növbəti iclasa qədər pandemiyanın inkişafının və onun bazara təsirlərinin diqqətlə izlənilməsi, zərurət yaranacağı təqdirdə dərhal mövcud qərara düzəliş edilməsi də vurğulanır.
Energetika naziri Pərviz Şahbazov bildirib ki, “OPEC plus”un avqustdan həyata keçirilən hasilatın tədricən artırılması ilə bağlı planı bazarın balanslaşdırılmasına töhfə verir və biz doğru yolla irəliləyirik. Azərbaycan “OPEC plus”un yeni qərarını dəstəkləyir.
Yeni “Əməkdaşlıq Bəyannaməsi” Azərbaycanda gündəlik xam neft hasilatının 2022-ci ilin yanvarında daha 7 min barel artırılaraq, 661 min barelə çatdırılmasını, ixtisarla bağlı öhdəliyin isə 57 min barel həcmində olmasını nəzərdə tutur.
Xatırladaq ki, “OPEC plus” ölkələri nazirlərinin iyul ayında keçirilmiş 19-cu iclasında avqustdan etibarən gündəlik xam neft hasilatının hər ay 400 min barel artırılmasına, 5,8 mln. barel həcmində ixtisarların isə 2022-ci ilin sentyabrında başa çatdırılmasına və gələn ilin mayından etibarən neft hasilatının baza səviyyəsinə qismən düzəlişlər edilməklə “Əməkdaşlıq Bəyannaməsi”nin müddətinin 2022-ci ilin sonunadək uzadılmasına dair qərar qəbul edilib.
Femida.az
Oxunub: 578
Oxşar xəbərlər
- Azərbaycan neftinin qiyməti 102 dollara yaxınlaşır
- Şəmkir və Neftçalada vəzifəli şəxslərə cinayət işi açılıb, bir nəfər həbs edilib
- G7 dekabra qədər Rusiya neftinə qiymət həddi tətbiq edə bilər
- Azərbaycan nefti 6 dollardan çox bahalaşıb
- Azərbaycan nefti 3 dollaradək bahalaşıb
- Neft bahalaşıb
- Azərbaycan neftinin qiyməti cüzi artıb
- Bakının Xəzər rayonunda neft oğruları peyda olub
- Neftçalada 49 yaşlı kişi tanışı tərəfindən bıçaqlanıb
- Azərbaycan nefti 2 dollardan çox ucuzlaşıb