Zlatan Fransa yığmasının azarkeşlərini qəzəbləndirdi


03:16     12 Yanvar 2016 Zlatan-Ibrahimovic-16.jpg


Fransanın PSJ klubunun qalmaqallı futbolçusu Zlatan İbrahimoviç daha bir müsahibəsi ilə hamını təəcübləndirib.

Femida.az-ın məlumatına görə, İsveç yığmasının hücumçusu Zlatan canlı yayım zamanı Fransa yığmasının azarkeşlərini qəzəbləndirib:

"Mənim oynadığım klubların uğur qazanmağının səbəbi komandada oynamağımdır. Mən məğlub olan zaman dəhşətli hislər keçirirəm. Mənim uçün oyunda məğlub olmaq anormallıqdır. Əminəm ki, Avropa çempionatında Fransadakı bir çox futbol azarkeşləri məni daha çox bəyənəcəklər, nəinki Fransa yığmasını".

Zlatan İbrahimoviç 1981-ci ildə İsveçdə anadan olub. İbra 2012-ci ildə "Milan"dan PSJ-yə transfer olunub. İsveç futbol tarixində ən çox qol vuran futbolçudur. O, yığma komandanın və PSJ klubunun kapitanıdır.

Açar sözlər:

Oxunub: 728


Oxşar xəbərlər