Balakəndə karantin qaydalarını pozanlar cərimələndi


20:48     02 Dekabr 2021 2021/12/8EAAAD06-4CB6-4E99-BB2B-1544655F523C_1638473496.png

Balakən Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları ictimai nəqliyyatda tibbi maskalardan istifadə etməyən şəxslərin aşkarlanması istiqamətində növbəti nəzarət-profilaktik tədbirlər həyata keçiriblər.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Femida.az -a verilən məlumata görə, tədbir zamanı ictimai nəqliyyat vasitələrində tibbi maskadan istifadə etməyən sərnişinlər, eləcə də sürücülər polis əməkdaşları tərəfindən müəyyənləşdirilib,onların barəsində inzibati tənbeh tədbirləri görülüb. Həmçinin, taksilərdə şəffaf arakəsmələr quraşdırmayan, eləcə də COVID-19 pasportu olmadan sərnişindaşıma ilə məşğul olan sürücülər inzibati məsuliyyətə cəlb ediliblər.

Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı qapalı restoran və kafelərdə müştərilərin COVID-19 pasportu,eləcə də həmin obyekt sahibləri tərəfindən karantin rejiminin qayda və tələblərinə riayət edilib-edilməməsi yoxlanılıb. Yoxlamalar zamanı bir neçə obyektdə xidmət personalının tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etmədiyi aşkarlanıb.

Mağazalarda və digər qapalı obyektlərdə də tibbi maskadan istifadə tələbini pozan şəxslərə gəlinib, onlarla profilaktik söhbət aparılıb və ümumilikdə keçirilən tədbir zamanı 23 nəfər barəsində qanunvericiliyə uyğun müvafiq tədbir görülüb.

Femida.az

Açar sözlər: #Balakən   #Cərimə    

Oxunub: 583