Rusiyadan ağır silahlar almışıq - Hizbullah


03:30     12 Yanvar 2016 1452533737.jpg


Suriyada Bəşər Əsədə sadiq qüvvələrlə birgə döyüşən Hizbullah komandanları Rusiyadan ağır artilleriya silahları aldıqlarını etiraf ediblər.

Femida.az xəbər verir ki, bu barədə ABŞ-ın “Deyli Bist” qəzeti məlumat yayıb.

Bildirilib ki, Hizbullah qruplaşması Rusiyadan uzaqmənzilli və lazer şüalı raketlər, o cümlədən müxtəlif modeldə tanklar alıb.

Bəkir adlı Hizbullah komandanının bildirdiyinə görə, hazırda Hizbullah ilə Rusiya Yaxın Şərqdə ən yaxın müttəfiqdirlər. O qeyd edib ki, Rusiyanın Latakiyada hava hücumlarına başlaması Hizbullahın buradakı mövqeyini gücləndirib:

“Latakiyada vəziyyətimiz çox çətin idi. Lakin Rusiyanın müdaxiləsi hər şeyi asanlaşdırdı. Rusiya hərbi hava qüvvələri bizim kəşfiyyat yolu ilə əldə etdiyimiz məlumatlara uyğun hədəfləri seçirlər. Məxfi məlumatlarımız olmasa, rus qırıcıları hərəkət edə bilməz”.

Hizbullah komandanı Əsəd hökumətinin İran, Rusiya və Hizbullah arasında koordinasiya qurduğunu açıqlayıb.

Açar sözlər:

Oxunub: 1092