Astara sakini intihar edib


12:32     03 Dekabr 2021 21_12_03_1638518780.jpg

Astara sakini özünü asaraq intihar edib.

“Report”un Cənub Mərkəzinin verdiyi xəbərə görə hadisə rayonun Kakalos kəndində baş verib. Belə ki, 1953-cü il təvəllüdlü kənd sakini İsrafil Yunus oğlu Abbasovun cansız bədəni həyətindəki istixanada asılmış vəziyyətdə aşkar olunub.

Ailə üzvləri hadisədən səhər sattlarında xəbərdar olublar.

Kənd sakinləri intihar edən şəxsin və ailəsinin normal həyat tərzi keçirdiklərini və belə bir hadisə üçün əsasın olmadığını söyləyirlər.

Yeganə səbəb kimi İ.Abbasovun səhətində son zamanlar yaranan problemin ola biləcəyini düşünürlər. Hadisə yerinə polis və prokurorluq əməkdaşları başıx keçiriblər.

Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Lənkəran Şpbəsinə təhvil verilib. Ölümün səbəbi aparılacaq ekspertizadan sonra məlum olacaq. Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 421