Bakıda avtomobillə iki maşını vurub qaçmaq istəyən sürücü saxlanılıb


13:18     03 Dekabr 2021 21_12_03_1638518983.jpg

Bakıda yol-nəqliyyat hadisəsi olub.

Bu barədə Femida.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, dekabrın 1-də saat 21 radələrində Xətai rayonu ərazisində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ə.Xanmirzəyev idarə etdiyi “VAZ-2107” markalı avtomobillə “Mercedes” markalı 2 avtomobili vurub qaçmaq istəyərkən 34-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Onun narkotik vasitənin təsiri altında olması müəyyən edilib. Şəxsi axtarış zamanı ondan heroin aşkar olunaraq götürülüb.

Ətrafında aparılan tədbirlərlə onun noyabrın 28-də rayon ərazisindəki evlərin birindən 1 500 manat dəyərində qızıl-zinət əşyaları oğurlaması da müəyyən edilib.

Açar sözlər:

Oxunub: 279