Baş nazir qiymət artımına münasibət bildirib


13:28     03 Dekabr 2021 21_12_03_1638521975.jpg

“Subsudiyaların verilməsi mexanizminə nəzarət ciddi şəkildə gücləndiriləcək”.

Femida.az -ın xəbərinə görə, bunu Baş nazir Əli Əsədov parlamentin bu gün keçirilən iclasında deyib.

O bildirib ki, sosial şəbəkələrdə qiymət artımı ilə bağlı əsaslı narazılıqlara rast gəlinir: “BMT-nin və diqər beynəlxalq təşkilatların hesablamalarına görə, qiymətlərdə bahalaşma son 30 ilin ən yüksək səviyyəsinə çatıb. Ərzaq təhlükəsizliyinə xüsusi diqqət veriləcək. Qiymət artımı ilə bağlı hökumət lazım olan tədbirləri görür və görəcək”.

Açar sözlər:

Oxunub: 281