Helikopter qəzasında yaralanan sərhədçilərin son durumu açıqlanıb
09:30 04 Dekabr 2021
Dövlət Sərhəd Xidmətinin (DSX) Mi-17 tipli hərbi helikopterinin Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda qəzaya uğraması nəticəsində yaralanan hərbi qulluqçuların son durumu açıqlanıb.
DSX-nin Mətbuat Mərkəzindən Femida.az -ın sorğusuna cavab olaraq bildirilib ki, Xidmətin hospitalına yerləşdirilən polkovnik-leytenant Emil Cəfərovla kapitan Ramin Ədilovun müalicəsi davam etdirilir.
Qeyd edilib ki, hazırda hər iki hərbi qulluqçunun səhhəti normaldır, onların sağlamlıqlarının bərpa olunması və qısa müddətdə xidmətə qaytarılmaları üçün bütün lazımi tədbirlər görülür.
Xatırladaq ki, DSX-nin hərbi helikopteri noyabrın 30-da Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb. Nəticədə 14 nəfər şəhid olub, 2 nəfər - polkovnik-leytenant Emil Cəfərov və kapitan Ramin Ədilov yaralanıb.
Faktla bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 352.2 (uçuş və ya uçuşa hazırlıq qaydalarını pozma ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) və digər maddələri ilə cinayət işi başlanıb.
Cinayət işi üzrə Baş Prokurorluğun və Dövlət Sərhəd Xidmətinin rəhbərliyinin, eləcə də məhkəmə-ballistik, məhkəmə-texniki-yanğın və məhkəmə-tibb ekspertlərinin iştirakı ilə hadisə yerinə baxış keçirilib, Müdafiə Nazirliyindən cəlb olunan mütəxəssis tərəfindən "qara qutu"nun götürülməsi təmin edilməklə hazırda onun tədqiqi aparılır.
Qəza nəticəsində şəhid olanların adları:
1. polkovnik Cavadov Fizuli Əli İbram oğlu;
2. polkovnik Nəzirov Emil Nəzir oğlu;
3. mayor Həsənov Elmir Mircəlil oğlu;
4. mayor Əhmədov Elbrus Səmrəddin oğlu;
5. mayor Mayılov Emil Şahid oğlu;
6. mayor Məmmədov Murad Yaşar oğlu;
7. mayor Əliyev Emil Elman oğlu;
8. tibb xidməti kapitanı Əhmədxanov Ceyhun Xanlar oğlu;
9. kapitan Bayramlı Cavid Əhliman oğlu;
10. kapitan Əliyev Xəyyam Əlixan oğlu;
11, kapitan Qaraisayev Teymur Ənvər oğlu;
12. leytenant Süleymanov Abdulla Telman oğlu;
13. baş leytenant Nağıyev Fərid Təyyar oğlu;
14. işçi Nəbiyev Elçin Fikrət oğlu.
Oxunub: 465
Oxşar xəbərlər
- Helikopterlərlə uçuş məşqləri keçirilib
- Helikopterin uçuşu və təlimlərə cəlb edilməsi ilə əlaqədar qanun pozuntusu aşkarlanmayıb
- Helikopter qəzasında şəhid olanların ailələrinə 11 min manat ödəniləcək
- Helikopter qəzasında şəhid olanlarla təntənəli vida mərasimi keçirilir - CANLI
- Helikopter qəzasında həlak olan hərbi qulluqçularla vida mərasimi keçirilir
- Helikopter qəzası ilə bağlı yaradılan İstintaq qrupuna kimin rəhbərlik etdiyi açıqlanıb
- Helikopter qəzasında yaralananların durumu açıqlanıb
- Helikopter qəzaya uğrayıb, ölən və yaralananlar var
- Helikopter bölmələri uçuş məşqləri keçirir - VİDEO
- Helikopter amerikalının başını kəsdi