Lənkəranda avtomobil gənc piyadanı vuraraq öldürüb


12:02     05 Dekabr 2021 21_12_05_1638692707.jpg

Lənkəranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Femida.az -;N verdiyi xəbərə görə, hadisə ötən gecə Sütəmurdov kəndində qeydə alınıb.

Belə ki, “Vita” markalı avtomobil 28 yaşlı Mirhakim Mirbağır oğlu Nəcəfzadəni vurub. Sürücü baş nahiyəsindən ağır xəsarət alan yaralını Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırıb. Lakin onun öldüyü məlum olub.

M.Nəcəfzadənin meyiti Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Mərkəzinin Lənkəran rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 587