Goranboyda biri əcnəbi olmaqla, 2 nəfər dəm qazından ölüb, 1 nəfərin vəziyyəti ağırdır


17:45     05 Dekabr 2021 21_12_05_1638712012.jpg

Goranboyda 3 nəfər dəm qazından zəhərlənib.

Femida.az ın məlumatına görə, hadisə Qarasüleymanlı qəsəbəsində qeydə alınıb.

Belə ki, üç nəfər dəm qazından zəhərlənib, onlardan biri hadisə yerində, digəri xəstəxanaya aparılan zaman yolda ölüb. Dəm qazından zəhərlərənən daha bir nəfər isə xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti ağırdır.

Ölənlər arasında Türkiyə vətəndaşı da var.

Faktla bağlı araşdırmalara başlanılıb.

Açar sözlər:

Oxunub: 733