Göygöldə 30 yaşlı şəxs keçmiş qaynatasını bıçaqlayıb


09:51     06 Dekabr 2021 21_12_06_1638769880.jpg

Göygöl rayonunda bıçaqlanma hadisəsi olub.

“Report”un əldə etdiyi məlumata görə, hadisə dekabrın 5-i saat 18 radələrində rayonun Üçtəpə kəndi ərazisində yerləşən “Rəvan market”in yaxınlığında qeydə alınıb.

Belə ki, Rəsul Məsimovla keçmiş kürəkəni, 1991-ci il təvəllüdlü Səxavət Cəfərov arasında mübahisə düşüb. Nəticədə S.Cəfərov keçmiş qaynatasını bıçaqlayıb.

Faktla bağlı Göyügöl Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığı zərər vurma) maddəsi ilə cinayət işi açılıb, S.Cəfərov şübhəli şəxs qismində saxlanılıb.

Açar sözlər:

Oxunub: 443