Mingəçevirdə kütləvi dava olub, iki nəfər bıçaqlanıb


10:14     06 Dekabr 2021 21_12_06_1638769953.jpg

Mingəçevir şəhərində iki nəfəri bıçaqlayan şəxs saxlanılıb.

Hadisə dekabrın 4-ü saat 20 radələrində şəhərin “Ay işığı” kafesində qeydə alınıb.

Belə ki, Ömər Alxanov və Fikrət Əhmədovun Novruz Bədələov, Ruslan Hüseynov, Hüseyn Həsənli ilə aralarında dava düşüb. Nəticədə N.Bədəlov üzərində gəzdirdiyi cib bıçağı ilə Ö.Alxanovla F.Əhmədovu bıçaqlayıb.

Faktla bağlı Mingəçevir Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığı zərər vurma) maddəsi ilə cinayət işi açılıb, N.Bədəlov şübhəli şəxs qismində saxlanılıb.

Açar sözlər:

Oxunub: 535